Norveç milli komandası ABŞ-Kanada-Meksikada keçiriləcək dünya çempionatına özləri ilə 300 kiloqram balıq gətirəcək.
Newsport.az “VG” nəşrinə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində məşhur norveçli aşpazlar da yer alacaq. Təşəbbüsün məqsədi idmançılara adi yeməklərini yeməyə davam etməyə imkan verməkdir ki, bu da gərgin məşqlər zamanı diqqəti və performansı qorumaq üçün vacib hesab olunur.
Qeyd edək ki, Norveç millisi dünya çempionatının I qrupunda Fransa, Seneqal və İraqla qrupunda mübarizə aparacaq. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.