İspaniya milli komandasının heyətində ciddi itki baş verib.
Newsport.az xəbər verir ki, hücumçu Mikel Oyarsabal sıradan çıxıb.
"Real Sosyedad"ın forvardı Peru ilə yoldaşlıq oyununda (3:1) topuğundan zədə alıb. 29 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunun Kabo-Verde ilə matçında iştirak edə bilməyəcək. Qarşılaşma 15 iyun tarixində baş tutacaq.
Qeyd edək ki, İspaniya yığmasının qrupdakı digər rəqibləri Səudiyyə Ərəbistanı və Uruqvaydır.