"Sportinq"in kapitanı "Real"ın hədəfində

"Sportinq"in kapitanı Morten Yulmann karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Real" danimarkalı futbolçunun xidmətində maraqlıdır. Madrid təmsilçisinin yeni baş məşqisi Joze Mourinyo 26 yaşlı dayaq yarımmüdafiəçisini komandasında görmək istəyir.

Qeyd edək ki, Morten Yulmann 2025/26 mövsümündə "Sportinq"in heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right