Kazemironun yeni klubu bəlli oldu

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Kazemiro karyerasını MLS-də davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə Ben Ceykobs məlumat yayıb.

Artıq braziliyalı futbolçu ABŞ klubu ilə anlaşıb. Tərəflər arasında 2,5 illik müqavilə imzalanacaq. Son detallar həll olunduqdan sonra 34 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi açıqlanacaq.

Qeyd edək ki, Kazemiro başa çatan mövsümdə "Mançester Yunayted"in heyətində keçirdiyi 35 oyunda 9 qol vurub, 2 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right