"Aston Villa"nın qapıçısı Emiliano Martines karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Yuventus" argentinalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Turin klubu Martines üçün danışıqlara başlamağı planlaşdırır. 33 yaşlı "əlcək sahibi" "Yuventus"a keçməyə isti yanaşır.
Qeyd edək ki, "Aston Villa" Emiliano Martinesi 2020-ci ilin yayında "Arsenal"dan transfer edib. Argentina millisinin üzvü 2025/26 mövsümündə Prmeyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda qapısında 49 qol görüb.