Mançini milliyə qayıdır

İtaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Newsport.az xəbər verir ki, yığmanı Roberto Mançini çalışdıra bilər. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Federasiya 61 yaşlı mütəxəssislə anlaşıb. Yaxın günlərdə onunla müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Roberto Mançini 2018-2023-cü illərdə İtaliya yığmasının baş məşqçisi olub. O, hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right