“CBC Sport” telekanalının baş direktoru Volkan Üst Peşəkar Futbol Liqasının inzibati binasında qonaq olub.
Newsport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Ötənmövsümkü uğurlu əməkdaşlığa görə yayımçı şirkət xüsusi mükafata layiq görülüb. Mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.