"İnter" millinin qapıçısını transfer edir

"İnter" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, İtaliya çempionunun əsas hədəfi "Latsio"da çıxış edən İvan Provedeldir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Milan təmsilçisi İtaliya millisinin üzvü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "İnter"in 32 yaşlı qolkiperin klubu ilə danışıqlara başlayacağı və transferi yekunlaşdıracağı bildirilir.

Qeyd edək ki, İvan Provedel ötən mövsüm "Latsio"nun heyətində keçirdiyi 29 oyunda qapısında 30 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right