"Beşiktaş" Almaniya millisinin üzvü üçün hərəkətə keçdi

"Auqsburq"un yarımmüdafiəçisi Mert Kömür karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Beşiktaş" almaniyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Bundesliqa klubu ilə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Almaniya U-21 millisinin üzvü olan Mert Kömür ötən mövsüm "Auqsburq"un heyətində keçirdiyi 30 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right