"Real"ın yenidən prezidenti seçilmiş Florentino Peres klubun yeni prezidenti seçkilərində qələbəsini şərh edərək, baş məşqçi vəzifəsinə Joze Mourinyonun gəldiyini də açıqladı.
Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub rəhbəri bunları deyib:
"Biz qalib gəldik. Mən “Real”ı müdafiə etmək üçün buradayam. Biz bir ailəyik. Birlikdə titullar qazanmağa davam edəcəyik. 16-cı Çempionlar Liqası titulunun uğrunda yarış bu gün başlayır. Dünyanın ən yaxşı məşqçilərindən biri, əsl “madridist” olan Joze Mourinyonun geri qayıtmasını qürurla qarşılayaq".