"Real"ın futbolçusu iki klubun hədəfində

Brahim Dias yaxın vaxtlarda "Real"dan ayrıla bilər.

Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Yuventus" və "Arsenal" mərakeşli vingeri transfer etmək istəyir. İngiltərə çempionu Dias üçün artıq 40 milyon avroluq təklif göndərib. İspaniya klubu isə 26 yaşlı futbolçunun satışından 50 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Brahim Dias başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 2 qol vurub, 9 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right