Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi Rəsmi

İspaniyanın “Real" klubunda keçirilən prezident seçkilərinin qalibi bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Florentino Peres növbəti dəfə "Real"ın prezidenti seçilib. O, ümumi səslərin 66.53 faizini toplamaqla klubdakı prezidentlik fəaliyyətini davam etdirmək hüququ qazanıb. Bu nəticə ilə o, 2030-cu ilə qədər Madrid klubunun rəhbərliyində qalacaq.

79 yaşlı Peres bu vəzifə uğrunda iş adamı Enrike Rikelme ilə mübarizə aparırdı.

Qeyd edək ki, bu, Peresin "Kral klubu"na ardıcıl 8-ci dəfə rəhbərlik edəcəyi prezidentlik dövrü olacaq. O, bu vəzifəni 2009-cu ildən bəri, ondan əvvəl isə 2000-ci ildən 2006-cı ilə qədər davamlı olaraq tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right