"Mançester Yunayted" onun üçün 80-90 milyon avro ayırmağa hazırdır

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali İngiltərənin başqa klubunun transfer hədəfinə çevrilib.

Newsport.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

“Mançester Yunayted” 26 yaşlı futbolçunu transfer etmək üçün 80–90 milyon avro ayırmağa hazırdır. Ancaq “Nyukasl” rəhbərliyi əsas oyunçularından olan Tonalini buraxmaq niyyətində deyil. Oyunçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

İtaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right