İngiltərə millisinin sabiq müdafiəçisi Kayl Uolker, qarşıdan gələn dünya çempionatı üçün komandanın heyəti ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yığmanın baş məşqçisi Tomas Tuxelin “Nottingem Forest”in futbolçusu Morqan Gibbs-Uaytı heyətə daxil etməməsindən narazılığını bildirib:
“Mən Gibbs-Uaytı dünya çempionatına aparardım. O, fantastik mövsüm keçirib”.
2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində keçiriləcək. İngiltərə millisi qrup mərhələsində Xorvatiya, Panama və Qana yığmaları ilə qarşılaşacaq.