45 yaşlı hücumçunun yeni klubu bəlli oldu

İspaniyalı futbolçu Dani Quizanın yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, 45 yaşlı hücumçu karyerasını VII Liqada davam etdirəcək.

Quiza "Trebuxena" ilə anlaşıb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb. Təcrübəli forvardla bir mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Dani Quiza karyerası ərzində "Malyorka", "Xetafe", "Fənərbaxça", "Kadis" kimi klubların formasını geyinib. O, İspaniya yığmasının heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right