"Trabzonspor" "Benfika"dan müdafiəçi transfer etdi

"Trabzonspor" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Super Liqa nəhəngi "Benfika"dan Sidni Lopes Kabralı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" Kabo-Verde millisinin üzvü üçün Portuqaliya klubuna 7 milyon avro təzminat ödəyib. 23 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sidni Lopes Kabral başa çatan mövsümdə "Benfika"nın heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right