Sneyderin "Qalatasaray"dakı taleyinə aydınlıq gəldi

Guide Albers meneceri olduğu Uesli Sneyderin "Qalatasaray"dan ayrılacağı iddialarına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o bildirib ki,UEFA "Cim-Bom"a avrokuboklardan kənarlaşdırması ilə bağlı cəza versə belə hollandiyalı yarımmüdafiəçi İstanbul klubunda qalacaq.

G.Albers  heç bir Çin klubundan təklif almadıqlarını da vurğulayıb:

"Klub rəhbərliyi ilə görüşmüşük. Çindən Sneyderə təklif göndərilməyib. O cümlədən, UEFA "Qalatasaray"la bağlı verəcəyi qərar Sneyderin klubdakı taleyini dəyişdirməyəcək".

Qeyd edək ki,  bu mövsüm maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün  "Qaıatasaray"ın UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right