"Bayer"in yeni baş məşqçisi açıqlandı

"Bayer"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisini Karles Martines çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Karles Martinesin son iş yeri "Tuluza" olub. 42 yaşlı məşqçi 2025/26 mövsümü başa çatdıqdan sonra Fransa klubundan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right