"Mançester Yunayted" London klubunun kapitanını transfer etmək istəyir

"Vest Hem"in kapitanı Carrod Bouen ölkəsində klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Premyer Liqanı tərk edən London klubu Bouen üçün 50 milyon funt-sterlinq tələb edir. Lakin 29 yaşlı futbolçunun keçidinin 40 milyon funt-sterlinqə yekunlaşmaq ehtimalının yüksək olduğu bildirilir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Carrod Bouen 2025/26 mövsümündə "Vest Hem"in heyətində meydana çıxdığı 42 rəsmi matçda 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right