"Barselona" ispaniyalı futbolçunu satmağı planlaşdırır

"Barselona"nın baş məşqçisi Hans Flik Mark Kasadonu növbəti mövsüm üçün heyətdə düşünmür.

Newsport.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi yay transfer pəncərəsində 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək. Klub ispaniyalı futbolçunun satışından 20 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Mark Kasado başa çatan mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 34 oyunda 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right