Rusiyanın “Fakel” klubu Aleksandr Səmədovla yolları ayırır.
Newsport.az xəbər verir ki, Voronej təmsilçisinin baş seleksiyaçısı Aleksandr Səmədov vəzifəsindən ayrılacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 15-də Səmədovun müqavilə müddəti başa çatacaq və tərəflər arasında yeni sözləşmə imzalanmayacaq. Klub yaydığı açıqlamada 40 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, “Fakel” 2025/2026 mövsümündə Rusiya I Liqasında 2-ci yeri tutaraq birbaşa Premyer Liqaya vəsiqə qazanıb.