“Nyukasl” mərkəz müdafiəçisi Fabian Şerlə müqavilənin müddətini uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
İsveçrəli futbolçu 2027-ci ilin yayına qədər Premyer Liqa təmsilçisində çıxış edəcək. 34 yaşlı oyunçu 2018-ci ildən “Nyukasl”da oynayır. O, “sağsağanlar”ın heyətində ümumilikdə 251 oyunda 22 qol vurub və 10 məhsuldar ötürmə verib.