"Real"ın hücumçusu İtaliya klubunun hədəfində

"Real"ın hücumçusu Qonsalo Qarsiya karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

UEFA Çempionlar Liqasına vəsiqə qazanan "Komo" ispaniyalı forvardın xidmətində maraqlıdır. A Seriyası təmsilçisinin baş məşqçisi Sesk Fabreqas həmyerlisini komandasında görmək istəyir. 22 yaşlı forvard özü də daha çox forma şansı qazana biləcəyi bir kluba keçməyə isti yanaşır.

Qeyd edək ki, Qonsalo Qarsiya 2025/26 mövsümündə "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 8 qol vurub, 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right