Təxirə salınmış “Trabzonspor” - “Beşiktaş” matçının vaxtı açıqlandı

Türkiyə Futbol Federasiyası (TFF) Super Liqasının son iki turu ərzində təxirə salınmış oyunlarla bağlı qərarını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, TFF rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda 18-cu tur çərçivəsində əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq matçın 5-ci dəqiqəsindən təxirə salınmış “Beşiktaş” – “Mersin İdman Yurdu” matçı fevralın 17-də baş tutacaq. Qarşılaşmanın startı yenidən veriləcək.

19-cu turda eyni səbəblə ümumiyətlə baş tutmayan “Trabzonspor” - “Beşiktaş” görüşü isə martın 15-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right