Portuqaliya klubundan 20,5 milyon avroluq transfer

"Sportinq" heyətinə yeni oyunçu cəlb edib.

Newsport.az xəbər verir ki, Lissabon təmsilçisi "Venetsiya"dan İssa Dumbiyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya klubu 22 yaşlı yarımmüdafiəçisi üçün 20,5 milyon avro təzminat ödəyib. İtaliya U-21 millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İssa Dumbiya başa çatan mövsümdə "Venetsiya"nın heyətində keçirdiyi 38 oyunda 10 qol vurub, 6 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right