"Liverpul"un yeni baş məşqçisi bəllidir

Arne Slotla yollarını ayıran "Liverpul"un yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, "qırmızılar"ın rəhbərliyi Andoni İraolanın təyinatı barədə tam razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Danışıqlar sürətlə irəliləyib və tərəflər arasında bütün əsas məsələlər həll olunub, müqavilə isə yekunlaşma mərhələsindədir.

​Hazırda "Liverpul" rəhbərliyi və İraola yeni məşqçilər korpusunun formalaşdırılmasının detallarını müzakirə edir.

İspaniyalı mütəxəssis 2023-cü ilin yayından "Bornmut"un baş məşqçisi vəzifəsində çalışırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right