"Fənərbaxça" ilə müqaviləsi başa çatacaq futbolçu 1-ci Liqa klubuna keçəcək

2022-ci ildə "Fənərbaxça"ya transfer olunan Emre Morun müqaviləsi iyun ayında başa çatacaq.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu mövsüm rəsmi matçlarda forma şansı qazanmayan və məşqlərini klubun akademiya bazasında davam etdirən təcrübəli futbolçunun karyerasını harada davam etdirəcəyi maraq doğurur.

"Karagümrük" 1-ci Liqaya düşdükdən sonra keçmiş oyunçusu Emre Mora təklif göndərib.

Lakin 28 yaşlı cinah oyunçusu üçün əsas prioritet Super Liqada çıxış etməkdir. Bu səbəbdən o, 1+1 illik müqavilə təklifinə hələlik cavab verməyərək gözləmə mövqeyi tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right