Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə

Kipr kubokunda 2025/26 mövsümünə yekun vurulub. 

Newsport.az xəbər verir ki, finalda “Apollon” və “Pafos” klubları üz-üzə gəlib. 

Nikosiyada keçirilən həlledici qarşılaşmada 2 qol vurulub, 2 də qırmızı vərəqə verilib. Matç “Pafos”un qələbəsi ilə yekunlaşıb və komanda növbəti mövsüm Avropa Liqasında iştirak hüququ qazanıb.

“Apollon” - “Pafos” - 0:2
Qollar:
 Jaja, 84, Pepe, 90+2
Qırmızı vərəqələr: Korreia, 90+5 (“Pafos”), Tomas, 90+6 (“Apollon”)

Bununla da “Pafos” tarixində ikinci dəfə Kipr kubokunun qalibi olub. Komanda ilk dəfə 2 il əvvəl ölkə kubokuna sahib çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right