Braziliyalı məşqçi Avropada çalışacaq

"Monako" baş məşqçi Sebastyen Pokonyoli ilə yollarını ayırmağa hazırlaşır.

Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb

Fransa klubunun yeni baş məşqçisinin kim olacağı da məlumdur. Liqa 1 təmsilçisini Filipe Luis çalışdıracaq. Braziliyalı mütəxəssislə razılıq əldə olunub. Yaxın günlərdə onunla 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Filipe Luisin son iş yeri ölkəsində "Flamenqo" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right