"Liverpul"un 3 futbolçusu üçün "Yuventus" variantı Spalleti razı sala biləcək?

"Liverpul"un 3 futbolçusu "Yuventus"a keçə bilər.

Newsport.az xəbər verir ki, "Football Italia"nın yaydığı məlumata görə, Turin klubunun baş məşqçisi Luçano Spalletti Muhammed Salahı “Roma”dakı kimi yenidən birlikdə işləməyə razı salmaq istəyir.

“Byankoneri” həmçinin müdafiəçi Andryu Robertsonla da maraqlanır, lakin futbolçu üçün əsas namizəd "Tottenhem" hesab olunur.

Bundan başqa, Alisson Bekerin də “Yuventus”a keçidi yaxın sayılır. Danışıqların artıq irəli mərhələdə olduğu bildirilir. Braziliyalı qapıçı Salahın İtaliyaya köçməsinə təsir göstərə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right