Patonun yeni klubu bəlli oldu

Braziliya milli komandasının forvardı Alexandro Patonun yeni klubu bəlli olub. 

Newsport.az-ın məlumatına görə, 26  yaşlı hücumçu karyerasını İngiltərədə davam etdirəcək. "Milan”ın sabiq üzvü "Çelsi” klubu ilə razılıq əldə edib. 
Bu barədə Patonun agenti məlumat verib. O, "Korintias”ın üzvünün mövsümün sonunadək icarə əsasında "Çelsi”də çıxış edəcəyini  bildirib.Menecer, futbolçunun yaxın günlərdə "zadəganlar”la münasibətlərini rəsmiləşdirəcəyini açıqlayıb. 
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Pato Radamel Falkaonun yerinə doldurmaq üçün komandaya cəlb olunacaq. 
Qeyd edək ki, Pato karyerası ərində "İnternasional”, "Milan”, "Korintias” və "San Paulo” kimi klubların şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right