Luis de la Fuente İspaniya millisinin heyətində "Real"ın futbolçularının yer almamasına münasibət bildirib.
Newsport.az "Marca"ya istinadən xəbər verir ki, millinin baş məşqçisi bu məsələdə klub mənsubiyyətinin onun üçün önəm daşımadığını deyib.
“Milli komandanın məşqçisiyəm və futbolçuların hansı klubdan olmasına baxmıram. Onlar yığmanın oyunçularıdır. Azarkeşlərdə ola biləcək qərəz məndə yoxdur. Əsas istəyim futbolçuların milli formanı qürurla təmsil etməsidir” - deyə Fuente bildirib.
Qeyd edək ki, İspaniya millisi dünya çempionatının qrup mərhələsində Kabo-Verde (15 iyun), Səudiyyə Ərəbistanı (21 iyun) və Uruqvayla (27 iyun) qarşılaşacaq.