“Atletiko”nun hücumçusu Xulian Alvaresin gələcəyi sual altındadır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə klub argentinalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır, lakin yalnız PSJ oyunçu üçün danışıqlarda irəliləyiş əldə edib. Parislilər onun üçün “Atletiko”nun maliyyə tələblərini ödəməyə hazır olduqlarını bildiriblər.
Alvares 2024-cü ildə 75 milyon avroya “Mançester Siti”dən “Atletiko”ya keçib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə qədərdir. 26 yaşlı forvard bu mövsüm bütün yarışlarda 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.