Mahir Emreli sabiq klubuna qayıda bilər

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yayda karyerasında dəyişiklik edəcək.

Newsport.az-ın məlumatına görə, yığma komandamızın forvardına bir neçə klubdan təklif var.

O, “Kayzerslautern”də çox da oynamadığı üçün ayrılığa daha müsbət yanaşır. Emrelinin xidmətində sabiq komandası “Nürnberq” də var.

Miroslav Kloze onu yenidən sərəncamında görmək istəyir.

Millimizin aparıcı üzvünün xidmətində maraqlı olan digər klub isə APOEL-dir. Nikosiya təmsilçisi yayda Emrelini heyətində qatmağı planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right