Azərbaycanlı futbolçu üçün 72 dəqiqə

Albaniyada Superliqanın final mərhələsinin növbəti oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Egnatiya" səfərdə "Vlajniya" ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesabı ilə başa çatıb.

Əliyev start heyətində meydana çıxıb və 72 dəqiqə oynayıb.

Hazırda “Eqnatiya” final mərhələsində 34 xalla turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right