"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri bəlli oldu Türkiyə Super Kuboku

Türkiyə Super Kuboku uğrunda görüşlərdə üz-üzə gələcək komandalar məlum olub.

Newsport.az xəbər verir ki, Super Liqanın çempionu "Qalatasaray" yarımfinalda ölkə kubokunun finalında məğlub olan "Konyaspor"la qarşılaşacaq. Türkiyə Kubokunun qalibi "Trabzonspor" isə Super Liqada ikinci yeri tutan "Fənərbaxça" ilə münasibətlərə aydınlıq gətirəcək.

yarımfinal matçlarında qələbə qazanan komandalar Super Kuboku əldə etmək üçün finalda rəqib olacaqlar.

Qarşılaşmaların tarixləri və keçiriləcəkləri stadionlar haqda gələcəkdə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right