“Barselona”nın hücumçusu Lamin Yamal nüfuzlu “The Athletic” nəşri tərəfindən Avropada mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
İspaniyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 55 oyunda meydana çıxaraq, 24 qol vurub və 18 məhsuldar ötürmə verib.
Newsport.az “The Athletic”-ə istinadən xəbər verir ki, 18 yaşlı oyunçunu xüsusilə, vacib qarşılaşmalarda komandanı irəli aparmaq bacarığı ön plana çıxarıb:
“Barselona”nın ən çətin oyunlarında məsuliyyəti öz üzərinə götürərək komandaya liderlik edib. Cəmi 18 yaşında olmasına baxmayaraq, göstərdiyi statistika inanılmaz təsir bağışlayır”.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun sərbəstqalma məbləği 1 milyard avro təşkil edir.