Dembele Çempionlar Liqasının final matçında oynayacaq?

PSJ-nin hücumçusu Usman Dembele jurnalistlərin "Arsenal"a qarşı Çempionlar Liqasının final matçında iştirak edib-edə bilməyəcəyi ilə bağlı sualını cavablandırıb.

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, fransalı futbolçu final görüşünə kimi hazır olacağını deyib:

​"Paris"lə oyundan sonra kiçik bir narahatlıq var idi. Amma hazırda yaxşıyam və oynamağa hazıram. Final matçına 100 faiz hazır olacağam",

PSJ ilə "Arsenal" arasındakı Çempionlar Liqasının final matçı mayın 30-da Budapeştdəki stadionda baş tutacaq. Paris klubu turnirin son qalibidir.

​Xatırladaq ki, Dembele ötən il "Qızıl Top"u qazanıb. 29 yaşlı futbolçunun transfer dəyəri hazırda 100 milyon avro qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right