İngiltərəli futbolçudan unikal göstərici

"Aston Villa" UEFA Avropa Liqasının final matçında "Frayburq"u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Newsport.az xəbər verir ki, Birmingem təmsilçisinin futbolçusu Ceydon Sanço bu oyunda iştirak etməklə unikal nailiyyətə imza atıb.

İngiltərəli vinger tarixdə ardıcıl üç mövsümdə üç fərqli klubun heyətində fərqli avrokubokların finalında oynayan ilk futbolçu olub. Sanço ​2024/25 mövsümündə "Çelsi"nin heyətində Konfrans Liqasının final görüşünə çıxıb, 2023/24 mövsümündə isə Dortmund "Borussiya"sı ilə Çempionlar Liqasının həlledici matçında oynayıb.

​Xatırladaq ki, Ceyson Sanço hazırda müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right