Mançini millini çalışdırmaq istəyir

Roberto Mançini yenidən İtaliya millisinə rəhbərlik etmək arzusundadır.

Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

61 yaşlı mütəxəssis bu məqsədlə ildə 2 milyon avro məbləğində yüksək olmayan maaşla razılaşmağa hazırdır.

​Yekun qərarı İtaliya Futbol Federasiyasının yeni prezidenti verəcək. Milli komandanın baş məşqçisi postuna "Napoli"dən Antonio Konte və "Milan"dan Massimiliano Alleqri də namizəddir.

Xatırladaq ki, Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər artıq İtaliya yığmasını çalışdırıb. "Skuadra Adzurra" onun rəhbərliyi altında 2020-ci ildə Avropa çempionu olub, həmçinin iki dəfə Millətlər Liqasının bürünc mükafatını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right