“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso təyinatından sonra ilk açıqlamasını verib.
Newsport.az "The Atletic"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis London təmsilçisinin layihəsindən razı qaldığını bildirib.
“Bu, möhtəşəm layihədir. Çox həyəcanlıyam və işə başlamağa hazıram” - deyə Alonso vurğulayıb.
Qeyd edək ki, “Çelsi” Xabi Alonsonun təyinatını mayın 17-də rəsmən açıqlayıb. 44 yaşlı mütəxəssis iyulun 1-dən etibarən komandanın sükanı arxasına keçəcək. Tərəflər arasında 4 illik müqavilə imzalanıb.
Klubun yaydığı açıqlamada Alonsonun baş məşqçi ilə yanaşı, menecer funksiyasını da yerinə yetirəcəyi bildirilib. Bu isə onun transfer siyasəti və komandanın inkişaf planında daha geniş səlahiyyətlərə sahib olacağı anlamına gəlir.