Artetadan Premyer Liqa tarixinin rekordu

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında unikal nailiyyətə imza atıb.

Newsport.az xəbər verir bu barədə qurumun saytı məlumat yayıb.

Ötən gecə London təmsilçisinin ölkə çempionluğu rəsmiləşib. Arteta turnir tarixində əvvəllər oyunçu kimi çıxış etdiyi komanda ilə məşqçi olaraq da titul qazanan ilk mütəxəssis olub.

İspaniyalı çalışdırıcı 2011-ci ildən 2016-cı ilə qədər "Arsenal"da oynayıb. Bu müddət ərzində o, 150 matça çıxıb, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun titul qazanmağa ən yaxın gəldiyi mövsüm klubdakı son mövsümü olub. O zaman "topçular" Premyer Liqanın gümüş medalını qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right