"Borussiya" "Mançester Yunayted"dən 60 milyon avro tələb edir

"Mançester Yunayted" "Borussiya"da çıxış edən Kərim Adeyemini transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Almaniyalı vinger Dortmund təmsilçisinin gələn ilin yayında başa çatan müqavilənin uzadılması ilə bağlı təklifini qəbul etməyib. Bunu nəzərə alan klub 25 yaşlı futbolçu üçün 60 milyon avrodan yuxarı gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək Kərim Adeyemi bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 10 qol vurub, 6 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right