"Real"ın qapıçısı Tibo Kurtua İspaniyanın "Estremadura" futbol klubunun həmsahibinə çevrilib.
Newsport.az-ın məlumatına görə, belçikalı qolkiper Qonzalo Vila ilə birgə NXTPLAY platforması üzərindən kluba investisiya yatırıb.
2022-ci ildə təsis edilmiş klub hazırda ölkənin üçüncü dərəcəli liqasında mübarizə aparır.
Qeyd edək ki, Tibo Kurtua 2018-ci ildən "Real"da çıxış edir.