"Karyeramı "İnter"də bitirmək istəyirəm"

"İnter"in kapitanı Lautaro Martines gələcəyi ilə bağlı danışıb.

Newsport.az xəbər verir ki, "La Gazzette dello Sport"a danışan argentinalı  hücumçu karyerası ərzində yalnız Milan təmsilçisində oynamaq istədiyini deyib:

"Karyeramı "İnter"də bitirmək istəyirəm. Burada çox xoşbəxtəm. Başqa yerdə oynadığımı düşünə bilmirəm. Məni qovmasalar,hər zaman "İnter"də qalacağam".

Qeyd edək ki, Lautaro Martines 2018-ci ilin yayından "İnter"də çıxış edir. 28 yaşlı forvard bu mövsüm komandanın heyətində keçirdiyi 40 oyunda 22 qol vurub, 6 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right