Türkiyədə ölümlə nəticələnən ağır yol nəqliyyət hadisəsi baş verib.
Newsport.az-ın məlumatına görə, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.
Qəza nəticəsində ölən şəxsin futbolçu olduğu bəlli olub. Belə ki, Dənizli Super Həvəskarlar Liqasında mübarizə aparan "Tavas Birlikspor”un formasını geyinən gənc futbolçu Ramazan Dilmaç dünyasını dəyişib.
Hadisə Muratdədə məhəlləsində baş verib. Belə ki,Dilmaçın idarə etdiyi motosiklet avtomobillə toqquşub. Dilmaç hadisə yerindəcə dünyasını dəyişib.
Gənc futbolçunun cəsədi Dənizli Dövlət Xəstəxanasına aparılıb.