Son günlər "Qalatasaray”ın və Türkiyə milli komandasının forvardı Burak Yılmazın adı İngiltərə Premyer Liqasında mübarizə aparan "Vest Hem” klubu ilə birgə hallanır.
Newsport.az-ın məlumatına görə, "Beşiktaş”ın sabiq baş məşqçisi – hazırda "Vest Hem”in sükanı arxasında olan Slaven Bilic Burakı komandasında görmək istəyir.
Məsələ ilə bağlı portuqaliyalı mütəxəssis özü açıqlama verib. İngiltərə Premyer Liqasınının XXIII turunda "Mançester Siti” ilə 2-2 hesabı ilə bitən oyundan sonra mətbuat konfransı keçirən Bilic maraq dairəsində olan futbolçuların adlarını açıqlayıb: "Burak Yılmaz çox yaxşı futbolçudur. O, son vaxtların ən yaxşı forvardları arasında yer alır. Etiraf edirəm ki, Burak Yılmaz hazırda transfer etmək istədiyimiz hücumçulardan biridir. Gözaltı etdiyim futbolçular arasında təkcə Burak yox, bir neçə futbolçu var.”
Qeyd edək ki, Burak 2012-ci ildən "Qalatasaray”ın formasını geyinir. O, İstanbul klubunun heyətində 105 oyun keçirərək 65 qol vurmağı bacarıb.