“Real”ın futbolçusu İngiltərə klubunun “radar”ındadır

“Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni ilə maraqlanır.

Newsport.az “Roundtable” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” fransalı futbolçunu yay transfer pəncərəsində komandaya qoşulmağa razı salmağa çalışacaq. Bildirilir ki, “Real” Tçuameninin ayrılığına yalnız futbolçunun özü klubdan getmək istədiyini açıqlayacağı halda razılıq verəcək.

Daha əvvəl Tçuameni ilə komanda yoldaşı Federiko Valverde arasında münaqişə yaşandığı barədə xəbərlər yayılmışdı.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 48 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right