Millimizin futbolçusu qol vurdu, komandası darmadağına sevindi

Bolqarıstanda ölkə çempionatının Konfrans Liqası qrupu çərçivəsində 35-ci turun bir sıra oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" evdə "Lokomotiv" (Plovdiv)-u 4:0 hesabı ilə darmadağın edib. Hüseynov matçı əvəzlənmədən keçirib və komandasının 4-cü qolunu vurub.

Qeyd edək ki, bu, Cəlalın ardıcıl ikinci oyunda vurduğu üçüncü qol olub.

Hazırda "Arda" 51 xalla ümumi turnir cədvəlində 7-ci, Konfrans Liqasına yeganə vəsiqə uğrunda mübarizə aparan dörd komandalıq alt qrupda isə 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right