"Sabah" bu futbolçuya yeni müqavilə təklif etməyəcək

“Sabah” yayda heyətdə bəzi dəyişikliklər edəcək.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu bir neçə futbolçu ilə yollarını ayıracaq. Onlardan birinin Tellur Mütəllimov olacağı iddia edilir. Belə ki, “Sabah” mövsümün sonunda müqavilə müddəti başa çatacaq 31 yaşlı müdafiəçini komandada saxlamayacaq.

Qeyd edək ki, Tellur 2022-ci ilin yayından “Sabah”ın formasını geyinirdi.

Onun yeni mövsüm Premyer Liqada fərqli komandalardan birində oynayacağı ehtimal edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right